IQNA

Fransız həkimin Mərakeşdə İslamı qəbul etməsi

10:53 - June 04, 2023
Xəbər sayı: 3494274
Uzun müddət Mərakeşdə və “Əl-Nəzur” şəhərində yaşayan fransız həkim İslamı qəbul etdiyini elan etmək qərarına gəlib.

"İQNA", "Əl-Səfir" saytına istinadən xəbər verir ki, Evelyn Geneviève adlı fransız həkim Mərakeşin şimalındakı Əl-Nəzur şəhərində uzun müddət müsəlmanlarla yaşadıqdan sonra İslamı qəbul etmək qərarına gəlib.

Bu fransız həkim İslamı qəbul etdiyini Əl-Nəzur bölgəsinin yerli elmi şurasının qərargahında və bir qrup şura üzvü və alimlərin iştirakı ilə bəyan edib.

Əl-Nəzurda əsəb və psixi xəstəliklər üzrə mütəxəssis həkim olan bu fransız xanım uzun illərdir ki, əri ilə bu şəhərdə yaşayır.

Bu fransız xanım İslamı qəbul etdikdən sonra özünə Linni adını seçib.

Bu münasibətlə Əl-Nəzurun Elmi Şurası bu yeni müsəlmana və onun həyat yoldaşına Qurani-Kərimin iki nüsxəsini hədiyyə edib.

4145683

captcha