IQNA

Yaşlı fələstinli və könüllü olaraq Quranı bərpa etmək

11:13 - June 04, 2023
Xəbər sayı: 3494275
Hişam Bərzəq Qəzzadakı məscidlərdən birində kiçik bir otaqda Quran təmiri ilə məşğul olan 68 yaşlı fələstinli kişidir.

"İQNA", "shehabnews"-a istinadən xəbər verir ki, Hişam Bərzəq deyir: "Mən bir ay əvvəl könüllü olaraq Quranı bərpa etməyə başladım və məscidin içində hər gün təxminən üç saatımı bu işə həsr edirəm".

O əlavə edib: "Mən bir neçə Quranı bərpa etmək üçün mərkəzlərdən birinə göndərdim. Amma xərci çox oldu. Mən bu işi təkrar etdim, amma Quranların sayı çox idi və ona görə də onları bərpa etməyin yolunu axtarırdım. İlahi savabı əldə etmək üçün bu işə başladım".

Bu yaşlı fələstinli kişi dedi: "Quranı bərpa etmək üçün məscidin içərisində kiçik bir otaq ayırdım. Çünki otağın yaxşı şəraiti var və işimi asanlaşdıran elektrik və rəfləri var".

Bərzəq davam etdi: "Quranı yenidən bərpa etmək üçün yapışqan və karton kimi ucuz alətlər tələb edir. Məscidin sakinlərindən biri bu xərci qəbul edib".

4145531

captcha