IQNA

Əqidə prinsipləri; Nübüvvət / 23

Quranın şəxsi istək əsasında təfsirinin təhlükəsi!

10:59 - June 11, 2023
Xəbər sayı: 3494309
Tehran (İQNA) - Quran tədrisi təfsirçi və İslam aliminin nəzarəti altında aparılmalıdır. Biz iyirmi-otuz ildən çox təhsil almış adama İslam alimi deyirik. Bir neçə illik ərəb ədəbiyyatını oxumaqla və ərəb sözləri ilə tanış olmaqla Quranı təfsir etmək mümkün deyil.

Qurandan bəhrələnmək uyğun bir təcrübə tələb edir. Təəccüb edirəm ki, insanlar heç bir qorxusu olmadan Quran ayələrini öz fikir və düşüncələrinə əsasən, təfsir edirlər. Bəli, öz fikirlərimizə əsasən, təfsir etmək təhlükəsindən ehtiyatlı olmalıyıq. Hədisdə gəlib: "Kim Quranı öz fikrinə əsasən, təfsir edərsə, yeri cəhənnəmdir".

Öz fikrinə əsasən təfsir etməyin mənasını anlamaq istəsək, bu nümunə bizə kömək edəcəkdir. Bəzən quyuda su olmur və vedrə ilə suyu tökürük. Ayə konkret bir məna ifadə etmir, lakin biz ayəyə öz zövqümüzü əlavə edirik. Bu, öz fikrinə əsasən təfsir adlanır. Sanki vedrə ilə quru quyuya su tökürük. Bu, öz fikrinə əsaslanan təfsirdir.

Öz fikrinə əsasə, təfsir etməyin yayılacağı ilə bağlı narahatlıq var. Bu o deməkdir ki, kimsə Quranın bir cümləsini və bir ayəsini nəzərə alıb digər ayələri görməzlikdən gəlir və Quranın ümumi ayələrinə zidd bir məna təqdim edir.

Quran tədrisi təfsirçi və İslam aliminin nəzarəti altında aparılmalıdır. Biz iyirmi-otuz ildən çox təhsil almış adama İslam alimi deyirik. Bir neçə illik ərəb ədəbiyyatını oxumaqla və ərəb sözləri ilə tanış olmaqla Quranı təfsir etmək mümkün deyil.

Belə insanlar ərəb sözləri ilə tanış olurlar, lakin Quranı anlamaq sözləri bilməkdən fərqlidir və başqa bacarıq və biliklər tələb edir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha