IQNA

Hindistanlı müsəlman Məkkəyə piyada gəldi

7:58 - June 14, 2023
Xəbər sayı: 3494324
Hindistanlı müsəlman Şihab Çottur uzun səfərdən sonra Məkkə şəhərinə çatıb.

Hindistanlı müsəlman Məkkəyə piyada gəldiBeynəlxalq Quran Xəbər Agentliyi(İQNA) şəfəqna-ya istinadən xəbər verir ki, o, 8 640 km-lik məsafəni piyada qət edib.

Kerala ştatında mağaza sahibi olan Şihab bəzi zəvvarların Həcc səfərinə piyada yollanmaları barədə çox oxuyub və nəticədə o da onlardan birinə çevrilmək qərarına gəlib.

O, öz səyahətinə ötən ilin iyun ayında başlayıb. Səfər boyu Pakistan, İran, İraq və Küveytdən keçib. Səyahət 12 ay və 5 gün davam edib.

“Xoş niyyəti olan hər kəs öz məqsədinə çata bilər“, – deyə hindistanlı zəvvar bildirib.

O, bu səfərinin asan olmadığını deyib.

Səudiyyə Ərəbistanına çatdıqda ilk olaraq Mədinəyə, ardınca isə Məkkə şəhərinə gedib.

Hindistanlı müsəlman Məkkəyə piyada gəldi

Çottar dağlar arasındakı 440 km məsafəni də piyada qət edib. Buna 9 gün sərf edib.

O, Həcc ziyarətini tezliklə təyyarə ilə Məkkəyə gələcək anası Zeynəblə həyata keçirməyi planlaşdırır.

captcha