IQNA

Məscidün-Nəbinin (s) memarlıq sərgisini zəvvarlar rəğbətlə qarşılayıb

7:33 - June 16, 2023
Xəbər sayı: 3494333
Məscidül-Nəbinin (s) memarlıq sərgisi zəngin təcrübə və biliklərinə uyğun olaraq hər gün səhər saat 6:00-dan axşam 21:00-a kimi Vəhy diyarından gələn zəvvarları qarşılayır.

"İQNA", Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, bu daimi sərgi Vəhy diyarının zəvvarları üçün Məscidün-Nəbi (s) memarlığının müxtəlif aspektlərini göstərmək və onların Mədinədə dini və tarixi təcrübələrini zənginləşdirmək məqsədilə yaradılmışdır.

Məscidül-Nəbi memarlıq sərgisində Məscidün-Nəbi ilə bağlı məlumatların verilməsi üçün müasir texnologiyalardan, zəvvarlar ilə interaktiv ekranlardan istifadə etməyə çalışılıb. Kino mərkəzi və kinozalla yanaşı, zəvvarlara müsəlmanların bu müqəddəs məscidinin memarlıq tarixi ilə müxtəlif dillərdə tanış olacaqlar.

Bu sərgidə Peyğəmbər (s) məscidinə aid ən qiymətli və nadir qorunan əsərlərdən olan qiymətli əşyaların nümayişi üçün xüsusi zal da var.

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları əvvəllər bu sərginin yaradılmasını bu ölkədə “Vizyon 2030” məqsədlərinə uyğun, Peyğəmbər (s) məscidinin arxitekturasının müxtəlif aspektlərini göstərən, habelə zəvvarların dini və təhsil təcrübəsini zənginləşdirən bir addım kimi qiymətləndirmişdilər.

4147304

 

captcha