«رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ»
"(Onu) o kəslər (təqdis edər) ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar" (Nur, 37).
Elə şəxslər var ki, insanlar arasında yaşayır, ticarətlə məşğul olur, bütün ictimai işlərdə iştirak edir, lakin heç bir şey onlara Allahı zikr etməyi unutdurmur. Həmçinin namazdan və zəkatdan çəkindirmir. Onlar elə insanlardır ki, daim qəlblər və gözlərin heyrətlənəcəyi günü düşünürlər. O gün Allahla görüş günüdür ki, hamı narahat olub, nə olacağını görmək üçün gözlərini bu tərəfə, o tərəfə çevirir.
Ürəkləri döyünür ki, görəsən başlarına nə gələcək? Belə bir günü düşünən hər kəs daima hər şeydə Allahı zikr edər və Onun iradəsinə zidd heç bir iş görməz. Çünki nə qədər pisdir ki, insan Rəbbinin hüzuruna gedə, o mütləq gözəlliyin və sonsuz rəhmətin hüzuruna çıxa, amma qüsur və naqisliyi olduğu üçün sevdiyinin qarşısına çıxmaqdan xəcalət çəkə.
Ayənin mesajı həyat adamı olmaq və eşqin alıcısı olmaq, yalan və riya kimi çürük malları tərk etməkdir. Xoşbəxt o insanlar ki, Allah onları əzəmətlə yad edir və onları həyat meydanının cəngavərləri hesab edir.
Yoxsullara sədəqə vermək insanın malını başqasının malına bulaşmaqdan, nəfsini mal və var-dövlətə bağlılıqdan təmizləyir. Eyni zamanda özünü göstərmək üçün zəkat verən və ya şər və fitnə-fəsadla qazandıqları pulla yaxşı iş görənlər də az deyil. Bu səbəbdən, düzgün əməl etmək, səxavətli olmaq və hərəkətin zahiri ilə sıxılmamaqdır.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşeyi tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4113101