IQNA

Doha Kitab Sərgisində 30 səhifəlik Quran nümayişi

14:01 - June 23, 2023
Xəbər sayı: 3494366
Səudiyyə stendi Doha Kitab Sərgisində 30 səhifəlik Quran təqdim edib.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, 32-ci Qətər Beynəlxalq Kitab Sərgisində iştirak edən Səudiyyə Ərəbistanının stendində 5 nadir əlyazma sərgilənib. O cümlədən, hər bir hissəsi bir səhifədə yazılmış 30 səhifəlik Quran təqdim olunub.

Bu Quran 13-cü əsrə aiddir və Əbdül-Baqi Can Məhəmməd tərəfindən yazılmışdır.

32-ci Doha Beynəlxalq Kitab Sərgisində iştirak edən Səudiyyə Ərəbistanının stendində bu ölkənin tarixini və sivilizasiyasını göstərən nadir tarixi əlyazmalar kolleksiyası nümayiş etdirilib.

Ərəbistan stendində nümayiş etdirilən nadir əsərlər arasında Əbi Əl-Əzz İsmayıl ibn Əl-Rəzzaz Əl-Cəzari tərəfindən ərəb maşınqayırması sahəsində Hicri 12-ci əsrdə yazılmış “Əl-Cəmaə beynul-ilmi vəl-əməlin-Nafi fi Sənətil-Hil” adlı əlyazması da var.

Habelə Əbu Hilal Əl-Həsən ibn Abdullah ibn Səhl ibn Səid ibn Yəhya ibn Mehran Əl-Əskərinin yazdığı “Əl-Əvail” əlyazması da var ki, tarix kontekstində yazılmışdır. Bu kitabın min ildən çox yaşı var və dördüncü əsrdə yazılmışdır.

4149499

 

captcha