IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; İbrahim (ə) / 8

Nəfslə cihad

6:27 - June 25, 2023
Xəbər sayı: 3494374
TEHRAN (IQNA) – Adətən bütün insanlar öz daxilində bəzi mənfi xüsusiyyətlərin olduğunu bilir və onları tərbiyə üsulları ilə aradan qaldırmağa çalışırlar. Nəfslə cihadla tanışlıq və onun ilahi peyğəmbərlərin həyatında tədqiqi bu baxımdan əhəmiyyətlidir.

Nəfslə cihad, nəfsə qarşı gəlməkdir. O, böyük iradə və çoxlu səbrlə birlikdə olarsa, insana ən çox təsir edə biləcək tərbiyə üsullarından biridir. Nəfslə cihad insanın meyl və istəklərinə zidd olan yaxşı və düzgün işlərə özünü məcbur etmək deməkdir.

Bu üsulda təbiyəçi ilə tərbiyə olunan şəxs eyni adam ola bilər. Əslində insan özü üçün bu ehtiyacı yaradır. Bu üsul daxili narahatlığa baxmayaraq həyata keçirilir. Yəni məsələn təsəvvür edin ki, kiminsə çoxlu borcu var. Hardansa təsadüfən pul tapır. Bu adamın bu pula ehtiyacı olduğu üçün pulu götürüb borcunu ödəyə bilər. Ancaq daxili istəyinə zidd olaraq, o pulun sahibini tapır və pulu sahibinə qaytarır.

Bununla da insan özünü əxlaqlı davranmağa məcbur edir. Tədricən həmin əxlaqi məziyyətlərlə barışır və onlardan həzz alır. Bu zaman insan öz-özünə əxlaqi davranış göstərməyə alışır və əxlaqsız hərəkətlərdən çəkinir.

Həzrət İbrahimin həyat yolunda bu nəfslə cihadın nümunələrini görürük:

1_ Susuz, otsuz bir yerdə həyat yoldaşı və uşaqların məskunlaşdırmaq

«رَّبَّنَا إِنىِّ أَسْكَنتُ مِن ذُرِّيَّتىِ بِوَادٍ غَيرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلَوةَ فَاجْعَلْ أَفئِدَةً مِّنَ النَّاسِ تهْوِى إِلَيهِمْ وَ ارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُون»

"Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!" (İbrahim, 37).

İbrahimin cariyəsi olan Hacərdən İsmayıl adlı bir övladı olanda, İbrahim peyğəmbərin birinci həyat yoldaşı bu hadisəyə görə ürəyində qısqanclıq hiss etdi. İbrahim peyğəmbər Allahın əmri ilə bu ana və uşağı başqa yerə köçürmək istədi. İlahi əmrdən sonra o həzrət bu istəyin qarşısında təslim oldu. Hacəri və İsmayılı susuz, otsuz bir yer olan Məkkəyə köçürdü.

İnsan duyğularının belə şeyə yol verməməsi təbiidir. Heç bir kişi qadını uşaqla səhrada tək qoymaq istəmir. Lakin İbrahim, Allahın əmrlərinə tabe olduğu üçün təslim oldu və Allahın əmrini yerinə yetirdi.

2_ Uşağı kəsmək missiyası

«فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْىَ قَالَ يَابُنىَ‏ إِنىّ‏ أَرَى‏ فىِ الْمَنَامِ أَنىّ‏ أَذْبحُكَ فَانظُرْ مَا ذَا تَرَى‏  قَالَ يَأَبَتِ افْعَلْ مَا تُؤْمَرُ  سَتَجِدُنىِ إِن شَاءَ اللَّهُ مِنَ الصَّابرِين فَلَمَّا أَسْلَمَا وَ تَلَّهُ لِلْجَبِين»

"O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”. " Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman" (Saffat, 102 və 103).

İbrahimə (ə) oğlunu kəsmək Allah tərəfindən tapşırılmışdır. O, bu əməli yerinə yetirməyə davam etdi. Lakin bıçağın İsmayılın boynunu kəsmədiyini gördükdən sonra Allahdan bir nida gəldi:

«وَ نَادَيْنَاهُ أَن يَإِبْرَاهِيمُ قَدْ صَدَّقْتَ الرُّءْيَا  إِنَّا كَذَالِكَ نجَزِى الْمُحْسِنِينَ انَّ هَاذَا لهوَ الْبَلَؤُاْ الْمُبِين وَ فَدَيْنَاهُ بِذِبْحٍ عَظِيم»

"Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik" (Saffat, 104-107(.

captcha