TEHRAN (IQNA) – Şərab və qumar Quranda haramdır. Bunun səbəblərindən biri də namazın və mənəviyyatın dəyərini qorumaqdır.

Şərab və qumar bir çox cismi, ruhi və sosial zərərlərə səbəb olsa da, Quran bu ikisinin təsirləri haqqında belə buyurur:
"Bunlar sizin aranızda kin salacaq və sizi Allahı zikr etməkdən və namaz qılmaqdan saxlayar" (Maidə, 91(.
Bu ayədə şərabın malik olduğu onlarla təhlükə və zərərdən onun ictimai-mənəvi zərərlərinə işarə olunur. Kin-küdurət kimi ictimai zərər və Allahı zikr etmək və namazdan qəflət etmək kimi mənəvi zərər qeyd olunur.