IQNA

Quran icmasının İsveç səfirliyi qarşısında etiraz toplantısı keçirilib

11:17 - July 04, 2023
Xəbər sayı: 3494415
TEHRAN (IQNA) – İsveç səfirliyi qarşısında Qurani-Kərimin təhqir olunmasını pisləmək üçün Quran icması və ümumi Quransevərlərin toplantısı keçirilib.

"İQNA", xəbər verir ki, İyulun 3-də günorta saatlarında İranın İsveç səfirliyi qarşısında Quranın təhqir olunmasını pisləmək məqsədilə Quran icması və ümumi Quransevərlərin toplantısı keçirilib.

İranın Quran fəalları əllərində güllər və Qurani-Kərimi tutaraq İsveçdəki bu ağıldan kənar hərəkəti pisləyib, şüarlar səsləndiriblər. Həmçinin elan ediblər ki, İranın Quran cəmiyyəti, şəraiti düzgün dərk edərək, qətiyyətli şəkildə meydana gəlir və fəaliyyətini ikiqat artıraraq, düşmənin burnunu yerə sürtür. Habelə bütün xalqımızdan və dünya müsəlmanlarından Quranı oxumağa, qiraət etməyə, düşünməyə, dərk etməyə və təbliğ etməyə daha çox diqqət yetirmələrini istəyir.

Quran fəallarının və xüsusilə də bu sahənin zəhmətkeşlərinin möhtəşəm iştirakı ilə keçirilən bu mərasim bir daha göstərdi ki, Quranı sevənlər həmişə özlərini Quranın qurbanı hesab edirlər.

Mərasim rəsmi olaraq İranın beynəlxalq qarisi Məhəmməd Həsən Muhyiddinin Quranın ayələrini oxuması ilə başlayıb. Bu gənc qarinin qiraətindən əvvəl bu mərasimdə iştirak edənlər şüarlarla Qurani-Kərimin təhqir olunmasını pisləyiblər.

Saat 15:00-da başlayan bu mərasimin ikinci qarisi İranın digər beynəlxalq qarisi Hüseyn Fərdi olub.

Quran və Maarif telekanalları və Quran radiosu ilə canlı yayımlanan bu mərasimin davamında Quranın hafizi Fatimə Şirazi İsveçdə Qurani-Kərimin təhqir olunmasını pisləyən Quran icmasının bəyanatını ingilis dilində oxuyub.

Həzrət Məhəmmədin (s) mədhində surud qrupunun çıxışı da bu tədbirin proqramlarından biri idi. Daha sonra İranın Qurani-Kərim icmasının rəhbəri Əli Əkbər Hənifinin Qurani-Kərimin təhqir edilməsini pisləyən bəyanatı oxunub.

Bu bəyanatın mətninin bir hissəsində deyilir: “Bu gün şeytanların bütün səyləri bu ilahi kəlamın dünya xalqlarının qulağına çatmasının qarşısını almaq üçün edilir”.

4152287

captcha