"İQNA", xəbər verir ki, Quran icması İsveçdə bir şəxsin Quranı təhqir etməsinə cavab olaraq bəyanat yayıb.
Quran cəmiyyətinin bəyanatının mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
«وَ لَو أنَّ قُرآ نًا سُيِّرَت بِهِ الجِبَالُ أو قُـطِّعَت بِهِ الأرضُ أو كُلِّمَ بِهِ المَوتَىٰ بَل لِلّٰهِ الأمرُ جَمِيعًا»
Quranı təhqir etmək bütün yaxşılığa, gözəlliyə, elmə, mərifətə və insani fəzilətlərə, peyğəmbərlərə, islahatçılara, müqəddəslərə və bütün səmavi kitablara təhqirdir. Əgər Quran təlimləri və Quran düşüncələrindən doğan mədəniyyət olmasaydı, bəşər cəmiyyəti əsrlər əvvəl cəhalət, haqsızlıq və zülm bataqlığına batacaq, tənəzzülə düçar olacaqdı.
Qurana qarşı çıxanlar, öz təxəyyülləri ilə “insanları zülmətdən nura çıxarmaq üçün nazil olan Kitaba” hörmətsizlik edərək özlərinin cahil olduqlarını göstərir.
Düşmənin Quranı həfdəf alması onun İslam sivilizasiyasının kökünü kəsmək və İslamın əsasını silmək kimi mənfur niyyətini ortaya qoyur. Biz onların geniş və mürəkkəb planını tanıyıb onunla qarşılaşmalıyıq. Hamı başa düşdü ki, möhkəm bir dağ kimi şeytani mədəniyyətin yayılmasının qarşısını ancaq əziz İslam və Qurani-Kərim aldı. Həmçinin müsəlmanlar bir araya gəlib təkəbbürlü-sionist hakimiyyətin əsassız sarayını Düşmənin Qurana tərəf getməsi onun islam sivilizasiyasının kökünü kəsmək və İslamın əsasını silmək kimi mənfur niyyətini ortaya qoyur və biz onların geniş və mürəkkəb planını tanıyıb onunla qarşılaşmalıyıq. Hamı başa düşdü ki, möhkəm bir dağ kimi şeytani mədəniyyətin yayılmasının qarşısını ancaq əziz İslam və Qurani-Kərim aldı. Müsəlmanlar isə bir araya gələrək, sarsıdıcı zərbələr və Quran məntiqləri ilə təkəbbürlü-sionist
İranın Quran fəalları əllərində güllər və Qurani-Kərimi tutaraq İsveçdəki bu ağıldan kənar hərəkəti pisləyib, şüarlar səsləndiriblər. Həmçinin elan ediblər ki, İranın Quran cəmiyyəti, şəraiti düzgün dərk edərək, qətiyyətli şəkildə meydana gəlir və fəaliyyətini ikiqat artıraraq, düşmənin burnunu yerə sürtür. Habelə bütün xalqımızdan və dünya müsəlmanlarından Quranı oxumağa, qiraət etməyə, düşünməyə, dərk etməyə və təbliğ etməyə daha çox diqqət yetirmələrini istəyir.
Qurani-Kərimin mütərəqqi və ülvi təlimlərini bədii üsullar və müasir alətlərlə dünyanın qulağına çatdırmaq və müsəlmanların sevimli və müqəddəs kitabına edilən istənilən təhqirin əks effekt verəcəyini əməli olaraq bütün bədxahlara başa salacaq. Quranın müqəddəsliyini müdafiə etmək üçün dünyanın bütün azadlıq axtaranlarını daha qətiyyətli edəcək.
4152253