IQNA

Ərdoğan: "Müsəlmanlar həmrəy olsalar, müqəddəsləri təhqir etməyə heç kimin cəsarəti çatmaz"

11:39 - July 10, 2023
Xəbər sayı: 3494437
ANKARA (IQNA) - Türkiyə prezidenti İsveçdə Quranın yandırılmasına reaksiyasında vurğulayıb: "Əgər bütün müsəlmanlar birləşsələr, onların müqəddəs yerlərini təhqir etməyə heç kimin cəsarəti çatmaz".

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Şimali Amerika Pakistanlı Həkimlər Dərnəyinin 46-cı illik toplantısında video çıxışı zamanı müsəlmanların müqəddəs yerlərinin təkrar təhqir olunmasının qarşısını almaq üçün İslam ölkələrinin birliyinin vacibliyini vurğulayıb.

Türkiyə prezidenti bəyan edib: "İsveçdə Qurban bayramının ilk günündə müqəddəs kitabımız olan Qurani-Kərimə şeytanca olan hücumu İslamofobiyanın dəhşətli ölçülərini ortaya qoyur".

O, islami müqəddəslərə qarşı bu cür hücumların təkrarlanmaması üçün bütün müsəlmanların üzərinə düşən böyük məsuliyyəti vurğulayaraq dedi: "Biz müsəlmanlar birləşsək, dünyada heç kim müsəlmanların müqəddəslərinə hücum etməyə cürət etməz".

4153728

 

captcha