IQNA

Kərbəla yarışlarının püşkatma mərasimi keçirilib

10:16 - July 11, 2023
Xəbər sayı: 3494443
KERBELA (IQNA) - İyulun 9-u bazar günü axşam saatlarında Kərbəla Beynəlxalq Quran Müsabiqəsinin ikinci turunda iştirak edən qarilərin növbəsinin püşkatma mərasimi və müsabiqə iştirakçılarının brifinq mərasimi Kərbəlanın “Ətaul-Varis” otelinin iclas zalında keçirilib.

"İQNA" xəbər agentliyinin Kərbəlaya göndərdiyi müxbirin verdiyi məlumata əsasən, bu mərasimdə İmam Hüseynin (ə) hərəminin Darul-Quranının direktoru Şeyx Xeyrəddin Əl-Hadi, elmi hövzənin aparıcı alimlərindən olan Seyyid Munzir Əl-Həkim, o cümlədən münsiflər heyətinin üzvləri iştirak edirdilər. Münsiflər heyəti aşağıdakılardan ibarətdir: İran İslam Cümhuriyyətindən Heyder Kəsmai, Əhməd Əbul-Qasimi və Höccətül-İslam Həmid Drayəti, İraqdan Şeyx Ədnan Əl-Salehi, Şeyx Məzar Əl-Səhaf, Rafiul-Amiri və Şeyx Meysəm Əl-Təmmar, Misirdən Məhəmməd Fəhmi Əbdül-Seyyid Əsfur. Həmçinin bu dövr yarışlarının qiraətçiləri və hafizləri öz qiraət edəcəkləri növbələrini alıblar.

 Adıçəkilən mərasimdə bu yarışmanın münsiflərindən olan Şeyx Məzar Əl-Səhaf qarilərin qiraəti ilə bağlı texniki məsləhətlər verdi və dedi: "Qarilər qiraətlərində "Həfsin Asimdən rivayətinin iki Şatibiyyə və ya Misbah" yolunu, "Qalunun Nafidən" və "Vərşin Nafidən" rivayətini seçməkdə sərbəstdirlər. Amma bir şərtlə ki, bu rivayətlərin prinsiplərinə, o cümlədən qiraətdə mədd və qəsrə riayət etməlidirlər".

Həmçinin hakimlər qərara gəliblər ki, hifz bölməsində 100 baldan 70-i yaxşı hifz etmək, 20-si təcvid qaydalarına riayət, 5-i vəqf və başlanğıca riayət və 5-i də səs və tona qiymət vermək üçün ayrılsın.

4153916

captcha