IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna-ya istinadən xəbər verir ki, düz 28 il öncə – 1995-ci il 11 iyulda 1993-cü il aprel ayında BMT TŞ tərəfindən “təhlükəsizlik zonası” elan edilən Srebrenisa anklavı general Ratko Mladiçin komandanlığı altındakı bosniyalı serblərin ordusu tərəfindən tutulur.
Müxtəlf məlumatlara əsasən, şəhərdə 8-11 min aralığında müsəlman bosniyalı qətlə yetirilir.
Srebrenitsada törədilən amansız qırğın İkinci Dünya Müharibəsindən sonra Avropada törədilən ən kütləvi qətliam hesab edilir.
Beynəlxalq Haaqa Tribunalı bu cinayəti soyqırım kimi səciyyələndirib.
Üzərindən uzun illər keçməsinə baxmayaraq, hələ də kütləvi məzarlıqlar aşkar edilməkdədir.
Həmçinin qeyd edək ki, dinc bosniyalılar BMT-nin Niderlanddan olan sülhməramlılarına güvənsələr də, onlar müsəlmanları serb millətçilərinə təslim etmişdilər.