Dəlil gətirmə gücünə malik olan tərbiyəçi rəqiblərinin sözlərindən qorxmur. Onlara sözlərini söyləmək imkanı verir və sözlərini eşitdikdən sonra bir dəlil göstərərək onları dayandırır və etirazlarına cavab verir.
Ən həssas və incə işlərdən biri olan tərbiyə valideyn və müəllimlərin ən əsas vəzifələrindən biridir.
Onlar şagirdlərin səhvləri ilə üzləşdikdə, yanlış davranışlarını düzəltmək və dəyişdirməkdə müvafiq münasibət göstərirlər. Çünki bu, rasionallıq və düzgün üsullarla deyil, başqa cür edilərsə, bu, tərbiyə olanın ruhiyyəsinə düzəlməz ziyan vura bilər. Nəticədə, tərbiyəçi tərbiyə işində uğur qazana bilməz.
Səhv edən tərbiyəçiyə inandırıcı dəlillər təqdim etsək, ona etdiyi səhv əməlin nəticələrindən xəbərdar etsək, o, adətən bizi qəbul edər. Amma bəzən tərbiyəçilər bunu dərk etmədən və ona pis davranışın səbəbini izah etmədən zorla ondan bu davranışını dayandırmasını tələb edirlər. Bu da adətən yaxşı nəticələr vermir. Tərbiyə alanın davranışında heç bir dəyişiklik olmur və bəzən səhvləri daha da çoxalır.
Həzrət Musa (ə) Allahın peyğəmbərlərindən biri olaraq Quranda gələn bu üsuldan istifadə etmişdir:
"Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin!”- dediniz. (Musa da cavabında:) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!”- demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi" (Bəqərə, 61).
Bu ayədə bəni-israil üçün iki məntiqi dəlil var ki, əgər bunu dərk etsəydilər, davranışlarını dəyişməli idilər:
1_ Bəni-israillilərin yeməyi dəyişmək üçün məntiqsiz tələbi; Musa peyğəmbərin reaksiyası: Siz daha yaxşı yemək əvəzinə ondan aşağı yemək seçirsiniz?
2_ Bəni-İsrailin xar olmalarının amilləri
Bu arqumentə əsasən, bəni-israil bu iki halın əksinə hərəkət etməli, yəni Allahın əmrlərinə asi olmamalı və peyğəmbərləri öldürməməli idilər ki, zəlil olmasınlar. Bununla belə, dəyişməyiblər və nicat tapmayıblar.