MƏSQƏT (IQNA) – Oman müftisi İsveçdə Qurani-Kərimin təhqir olunmasına cavab olaraq tvitində İslam ölkələri ilə bu ölkə arasında əlaqələrin kəsilməsinin dini bir vəzifə olduğunu vurğulayıb.

"İQNA", xəbər verir ki, Omanın müftisi Şeyx Əhməd ibn Həmd Əl-Xəlili öz Twitter səhifəsində bir bəyanat dərc edərək bildirib: "Müsəlmanlar İsveçlə bütün əlaqələri tamamilə kəsməlidir".
Oman müftisi müsəlmanların hisslərini incitdiyinə və onların müqəddəsliklərinə hörmətsizlik etdiyinə görə İsveçə sanksiyalar tətbiq etməyə çağırıb.
Əl-Xəlili öz tvitində yazıb: "İsveçin İslam və müsəlmanların ən böyük müqəddəslərinə hörmətsizlik etməklə yanlış yolda davam etməkdə israrlı olması, müsəlmanların onunla bütün əlaqələrini kəsib o ölkəni tamamilə boykot etməsini vacib edir".
O əlavə etdi: "Bütün İslam ölkələrindən və onların xalqlarından bu məsələyə diqqət yetirmələrini və bu mövzuda səhlənkarlıq etməmələrini istəyirik".
4157441