IQNA

Ayasofya məscidinin yenidən açılmasından 3 il ötür

19:44 - July 24, 2023
Xəbər sayı: 3494513
İSTANBUL (IQNA) - Osmanlı İmperatorluğunun 7-ci sultanı Fatih Sultan Mehmetin İstanbulun fəthindən sonra ilk cümə namazını qıldığı “Fəthin simvolu” olan Ayasofya-ı Kəbir Məscidi-i Şərifinin yenidən açılmasından 3 il ötür.

IQNA, Anadolu Agentliyi istinadən xəbər verir ki, Din İşləri üzrə İdarənin rəhbəri Əli Erbaş ibadətə açılmasının ildönümündə Ayasofyada səhər namazını qıldırıb.

Ayasofya məscidinin yenidən açılışının ildönümündə Din İşləri üzrə İdarənin rəhbəri Əli Ərbaşın imamlığı ilə səhər namazında müxtəlif millətlərdən olan müsəlmanlar, eləcə də İstanbul valisi Davud Gül ibadət edib.

Namazdan sonra etdiyi çıxışda ən xoşbəxt günlərdən birinin reallaşdığını bildirən Ərbaş “Üç il əvvəl, 24 iyul 2020-ci ildə 86 illik həsrət sona çatdı. Ayasofya Cənab Prezidentimizin qərarı ilə yenidən ibadət üçün açıldı. Burada, üç il ərzində aparılan araşdırmalara görə, Ayasofyanı 3 milyon insan ziyarət etdi” deyib.

Xatırladaq ki, Din İşləri üzrə İdarənin rəhbərliyinə təhvil verilən Ayasofya-ı Kəbir Məscidi-i Şərif 24 iyul 2020-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı möhtəşəm mərasimlə 86 ildən sonra ilk cümə namazı ilə yenidən ibadət üçün açılıb.

captcha