"Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" (Maidə, 8).
Varlığın Tanrısı Onun varlığına inananlarla birbaşa danışır. Hər bir mömin öz tənhalıq mağarasında ayəni birbaşa eşidə və dinləyə bilər.
Bu qısa ayədə iman əhlinə bir neçə tövsiyə verilmişdir: biri daim Allaha təvəkkül etmək və hər bir işi Allah rizası üçün etməkdir. Həmçinin onların hər bir işində niyyəti Allahı razı salmaq olmalıdır. Bu iş o zaman əldə edilir ki, ilahi kamillik və gözəllik sifətlərindən birinə nail olmaq istiqamətində olsun.
İkincisi budur ki, buyurdu: "Ey möminlər, haqq və ədalətə şəhadət verin, çünki haqq və ədalətə şəhadət vermək də iman əhlinin vəzifələrindəndir Həmçinin Allah rizası üçün ayağa qalxmaqdır. Çünki dinin ən mühüm ictimai məqsədi ədalət və xeyirxahlıqdır. Üçüncüsü Qurani-Kərimin orijinal tövsiyələrindəndir ki, buyurur: Bir qövmə qarşı kin, qaranlıq və düşmənçilik heç vaxt səni elə bir cinayətə sövq etməsin ki, ona görə onlara qarşı insaf və ədalət yolundan sapasan. Bu isə hər gün tez-tez baş verən bir səhvdir və bəzən insanlar o kin-küdurətə görə bu səhvi edirlər.
Ailə, sosial, peşə, iqtisadi və siyasi münasibətlərdə bu səhvin hər yerdə baş verməsi mümkündür. Kin-küdurət, fikir ayrılığı və ya təəsübkeşlik üzündən nəfsinə hakim və insaflı olub haqqı tapdalamayan az adam var.
Dördüncü mətləbdə açıq-aşkar şəkildə ədalətə riayət edin əmri gəlmişdir. Yenə üçüncü nöqtədəki kimi vurğulanır ki, əgər insafsızlıq edib ədalətə riayət etməsəniz təqva yolundan çıxacaqsınız. Beşinci məqam isə budur ki, Allah etdiklərinizdən xəbərdardır. Siz daima onun nəzərindəsiniz. Bu həyalı olmağa səbəb olur və azğınlığı azaldır.
Psixoloqların şəxsi məqsədlər və istəmədən yaranan meyllər, paxıllıq, zülm, qərəz və digər məsələlər nəticəsində baş verən saysız-hesabsız bu cür ədalətsizlik hallarını təsvir etmələri məqsədəuyğundur. Belə ki, aydın olsun ki, hər bir şəraitdə imanı qorumaq dəqiqlik, incə baxış, təftiş və nəfsi istəklərdən pərhiz etmək tələb edir.
Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4115250