IQNA

10:39 - July 31, 2023
Xəbər sayı: 3494535

İraqda 16 milyon İmam Hüseyn (ə) zəvvarına xidmət göstərilməsinin statistikası

KERBELA (IQNA) – Həzrət Əbəlfəz (ə) hərəminin katibliyi İraqda İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərilməsi ilə bağlı statistik məlumatları dərc edib.

İraqda 16 milyon İmam Hüseyn (ə) zəvvarına xidmət göstərilməsinin statistikası

"İQNA", "Middle East News"-a istinadən xəbər verir ki, nəşr olunan sənədə görə, zəvvarlara 2 min qonaq qarşılama yerləri xidmət göstərib. Aşura günü axşam saatlarında 298 min 798 əsas yemək və 362 min 790 fəri yemək paylanıb.

Bu mərasimdə 6 min 77 könüllü, zəvvarlara xidmət edib və tibb bölmələri də yerində olub.

Ümumilikdə səhiyyə şöbəsində 451 tibb işçisi və 322 könüllü xidmət göstərib, xəstələrin sayı 63700-ə çatıb.

Həmçinin bu mərasimdə 19 təcili yardım maşını və 3 səyyar təcili yardım maşını zəvvarlara xidmət göstərib.

İraq Parlamentinin Xidmətlər Komissiyasının sədr müavini Baqir Əl-Saadi Məhərrəm ayının ilk ongünlüyündə Kərbəlaya təxminən 16 milyon zəvvarın daxil olduğunu açıqlayıb.

4159075

captcha