IQNA

İslam əxlaqını qətiyyətli mövqelərlə dünyaya göstərək

19:21 - August 02, 2023
Xəbər sayı: 3494553
TEHRAN (IQNA) - "Əziz kitab" vebinarının iştirakçıları elan etdilər ki, İslam ümməti İslam müqəddəslərinə hücum edənlərə qarşı qəti və vahid mövqe tutmalıdır. Eyni zamanda müsəlmanlar dünyaya İslam əxlaqını və tolerantlığını göstərməlidirlər.

"İQNA", xəbər verir ki, İQNA-nın təşkil etdiyi və alimlərin nəzərindən Qurana qarşı təhqirlərin təkrarlanmasının qarşısını almaq üçün ən mühüm tədbirləri araşdırmaq məqsədi ilə “Əziz kitab” beynəlxalq vebinarı avqustun 10-u çərşənbə axşamı Tehran vaxtı ilə saat 14:00-da keçirilib.

Ümumdünya Müsəlman Alimləri Birliyinin Qətərdən olan baş katibi Əli Muhyiddin Əl-Qara Dağı bu vebinarda çıxışı zamanı deyib: "Müqəddəs kitabların heç biri düşmənlərin onları təhqir etmək cəhdlərindən amanda deyil. Bu dəfə dünyada iki milyarda yaxın müsəlmanın müqəddəs kitabı təhqir olunub".

O, daha sonra əlavə etdi: “İslam ümməti bir çox dövlət və ölkələri əhatə edir. Əgər onlar Quranın təhqirinə qarşı vahid və qətiyyətli mövqe tutsalar, düşmənlər heç vaxt müqəddəslərimizi təhqir etməyə cəhd etməyəcəklər”.

Əl-Qara Dağı həmçinin bildirib: "Biz Peyğəmbərə (s) qarşı təhqirləri əvvəllər dəfələrlə görmüşük. Bu gün bu təhqirlər Qurani-Kərimə çatıb. Bu təhqirlər İsveç və Danimarkada edilib. Gələcəkdə də dayanmayacaq".

Livan İslam Universitetinin rəhbəri Həsən Əl-Leqeys öz sözlərində vurğuladı: "Biz birlik və bütövlüyü qorumaqla Qurana qarşı çıxanlara qarşı durmalı, dünyaya İslam əxlaqını nümayiş etdirməliyik".

O, əlavə edib: "Quran əleyhdarı ilə mübarizə aparmaq üçün İslam dünyasının elm xadimləri və şəxsiyyətlərin hüquqi səylərinə ehtiyacımız var. Onlar beynəlxalq qanunları və insan haqlarını bir daha oxumalı və bu qanunlarda insan dəyərlərinə edilən istənilən təhqirin pisləndiyini vurğulamalıdırlar".

Əl-Leqeys həmçinin müsəlmanlardan istəyib ki, beynəlxalq təşkilatlarə Quranı təhqir etməyi cinayət hesab edən qanunu təsdiqləməyə və Qurana hörmətsizlik edənləri mühakimə etməyə məcbur etsinlər.

4159780

captcha