IQNA

Məkkədə Beynəlxalq Quran Muzeyinin açılışı olub

9:46 - August 12, 2023
Xəbər sayı: 3494589
Məkkə (IQNA) – Dünya Müsəlman Birliyi Məkkədə Beynəlxalq Qurani-Kərim Muzeyinin açılışını edib. Bu muzeyin məqsədlərindən biri də beynəlxalq toplantılar keçirmək və Quranın nəfis nüsxələrini təqdim etməkdir.

"İQNA", "Arab News"-a istinadən xəbər verir ki, Dünya Müsəlmanlar Birliyinin baş katibi Məhəmməd ibn Əbdül-Kərim Əl-İsa Məkkədə Beynəlxalq Qurani-Kərim Muzeyinin açıldığını bildirib.

O, bu təşəbbüsün Quran və Sünnəni mesajını yaymaq məqsədi daşıdığını bildirib. Bu muzey elmi faktların dəstəyi ilə Qurani-Kərimin möcüzələrini işıqlandıracaq.

Onun sözlərinə görə, muzey layihəsinə bütün İslam dünyasının bir neçə böyük alimlərindən ibarət məsləhət şurası olan bu İttifaqın Beynəlxalq Alimlər Şurası tərəfindən start verilib.

Muzey işçilərinə dünya üzrə konfranslar, dərnəklər və mühazirələr təşkil etmək tapşırılacaq.

Məhəmməd Əl-İsa dedi: "Bu qabaqcıl layihənin ideyası məzmununa və məqsədlərinə görə öz növbəsində ilkdir. Bu, bu birliyin Allahın kitabına və sünnəyə xidmət şöbəsi tərəfindən edilmişdir".

Əl İsa bildirdi ki, bu birliyin binasına gələnlər muzeyi görə bilərlər. Muzeyin beynəlxalq filiallarında Qurani-Kərimin dəyərləri və ayələrdə olan hikmətli hökmlər təqdim olunur.

Əl-İsa əlavə edib ki, bu muzeydə Qurani-Kərim və onun elmləri ilə bağlı konfranslar, məclislər, məruzələr və araşdırmalar aparmaqla yanaşı, Qurani-Kərimin əlyazmalarının tarixi hesabatı da təqdim olunur.

O əlavə edib: "Qurani-Kərim elmləri sahəsində bu açılış tarixinə qədər Dünya Müsəlmanları Birliyinin nəzarəti ilə tamamlanan akademik tezislərin ümumi sayı 15 minə yaxın elmi tezisdir".

4161222

 

captcha