Allaha iman insanın və cəmiyyətin həyatında təsirləri olur ki, onlardan bəzilərini aşağıda nəzərdən keçirəcəyik:
* Yaradana inam İslam cəmiyyətində bərabərlik və qardaşlıq yaradır.
* Tək Allaha inam bütün batil imtiyazları yox edər. Bütün insanları bir Allahın bəndəsi hesab edər və qanun qarşısında hamının bərabər olduğunu bildirər.
* Allahı zikr etmək və ilahi şəriətin qəlblər üzərində hökm sürməsi ilə cəmiyyətin mənafeyi üstün tutulur. Cəmiyyət üçün fərdi mənafeyi fəda etmək o zaman məntiqli olar ki, insan bu fədakarlıqların hədər getməyəcəyinə və Allahın onun əvəzini verəcəyinə inansınır. Bu inam Allaha imanın kölgəsində əldə edilir.
* Allaha inam xalqların birliyinə səbəb olur. Xalqları birləşdirən ən yaxşı vasitə Allaha imandır, necə ki tağutlara ən yaxşı təzyiq vasitəsi iman və tövhiddir.
Allaha inanan insan:
* Sevgi və aramlıq hiss edir. İnsanın bütün əməllərinin müşahidə altında olduğunu, heç bir əməlinin məhv olmadığını və zəhmətinin alıcısının Allah olduğunu bilir. Allah cənnət və ilahi riza bahasına, hətta bəzən onun səyi olmadan və yalnız xoş niyyətinə görə savab verir. Belə insan sevgi və həvəslə yaşayır.
* Bütün işlərini Allah üçün edir, özünü göstərmək və riyakarlıq etməyi düşünmür. Hiylələrdən qaçır. Çünki özünü Allah dərgahında və Allahı öz əməllərinin şahidi hesab edən şəxs hiylə sahibi ola bilməz.
* Bu şərəflidir. Allahın bəndəliyini qəbul edən, Allahdan başqa heç bir qüdrət və məqama tabe olmayan hər kəsi özü kimi bəndə hesab edir. Buna görə də "Allahdan başqa heç kimdən qorxmaz" (Əhzab, 39).
* O, bütün insanlara Allahın yaratdığı kimi baxır. Əli (ə) xəzinənin ərəblərlə qeyri-ərəblər arasında bölüşdürülməsində fərq qoymadı. Buyurdu: Onların hamısının Allahı birdir.
* Ədalətə və başqalarının hüquqlarına hörmət edir. Müvəhhid insan başqalarının hay-küyünə məhəl qoymur və yalnız dini vəzifəsinə uyğun hərəkət edir.
* Yoxsulluq qorxusu onu pis işlərə sövq etmir. Allaha iman gətirən insan Onu özünə, həyat yoldaşı və övladlarına ruzi verən hesab edir. Buna görə də yoxsulluq qorxusundan evlilikdən qaçmaz. “Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə ehtiyacsız edər” (Nur, 32). Yoxsulluq qorxusundan övladlarını atmaz və öldürməz. “Biz onlara və sizə ruzi veririk” (İsra, 31).