"İQNA", xəbər verir ki, Malayziya Beynəlxalq Quran Müsabiqəsinin seçmə və yekun mərhələsi olması planlaşdırılır. İyulda seçmə mərhələ keçirilib. Müsabiqə təhqiq qiraəti və bütün Quranın hifzi üzrə təşkil olunur. İrandan qari dəvət edildi.
Müsabiqənin açılış mərasimi avqustun 19-da, şənbə günü Kuala-Lumpur Dünya Ticarət Mərkəzində Malayziyanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə baş tutub. Müsabiqə öz işini avqustun 24-də başa vuracaq.
Püşkatmaya əsasən, İran İslam Cümhuriyyətinin nümayəndəsi Əlirza Bijəni avqustun 22-i çərşənbə axşamı günü çıxış edəcək.
Beynəlxalq qari və Malayziyanın beynəlxalq Quran yarışlarında dərəcə sahiblərindən biri olan Əmin Puya Əlirza Bijənini müəllim kimi müşayiət edir.
4163449