"İQNA", "Bərnəma"-ya istinadən xəbər verir ki, Malayziyanın baş naziri Ənvər İbrahim ölkədə keçirilən 63-cü Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimində İslamın ölkənin rəsmi dini olaraq qalmasını təmin edəcəyini bildirib".
O əlavə edib: "İslami təhsil proqramlarının təşkili üçün daha çox vəsait ayıracağıq. Eyni zamanda o, qeyri-müsəlman vətəndaşların hüquqlarının qorunub saxlanacağına və onlara hər zaman hörmətlə yanaşılacaqlarına və rahat yaşayacaqlarına da inandırıb".
Bu arada Ənvər İbrahim deyib: "Dünyada baş verən islamafobiya, İslam haqqında səthi düşüncələrə malik olan bəzi partiyaların fəaliyyətindən qaynaqlanır. Bu səbəbdən İsveçdə Quran yandırılanda onu qınamaq bir yana, Quran nəşriyyatlarına məlumat vermək qərarına gəldim ki, Quranı bütün dillərdə, o cümlədən isveç dilində çap etsinlər və bu müqəddəs kitabın bir milyon nüsxəsini dünyaya yaysınlar".
O, deyib: "15 min Qurani-Kərim İsveçə göndərilib ki, universitetlərdə və təhsil mərkəzlərində paylansın ki, onlar onu mütaliə edə biılsinlər. Mənim fikrimcə, bu hərəkət onların İslamı dərk etmələri üçün daha məntiqlidir. Bundan əlavə, mən gələn ay Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla islamofobiya ilə bağlı növbəti addımları müzakirə edəcəyəm".
Malayziyanın baş naziri həmçinin bildirib: "Bu yarışma təkcə Quranın tilavəti və əzbərlənməsi məqsədi ilə deyil, həm də bu müqəddəs kitab haqqında biliklərin artırılması məqsədilə həyata keçirilən platformadır. Həm də buna görədir ki, müsəlmanlar bu ölkədə müxtəlif irq və dinlərdən olan insanları maarifləndirə bilsinlər".
4163623