IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; Musa (ə) / 22

Musa peyğəmbərin (ə) əhvalatında cəsarətin təzahürü

11:34 - August 23, 2023
Xəbər sayı: 3494652
TEHRAN (IQNA) – Cəsur insanlar və silahın gücündən və başqalarının gücündən qorxmayanlar müqavimət və cəsarətin təzahürü kimi tanındıqları üçün tarix boyu həmişə tərif olunublar. İlahi peyğəmbərlər öz ilahi qüdrətinə arxalanan insanlar idilər.

İlahi rəhbərlərin xüsusiyyətlərindən biri açıqlıq və qətiyyətdir. Bəşər liderlərinin əksinə ki, onlarda bu xüsusiyyət nadir hallarda müşahidə olunur. Bəşər liderləri öz məqsədlərini elan edərkən daha çox məxfilik metodundan istifadə edir, mövqe və məqsədlərində açıqlığı qələbələrinə əngəllərdən biri hesab edirlər. Lakin peyğəmbərlərin və böyük ilahi rəhbərlərin metodlarında açıqsözlü olmaq və əməldə qətiyyət onların siyasətlərinin prinsipləridir. Onlar öz ilahi ideallarını və səmavi planlarını açıq şəkildə bəyan edir, müxaliflərin və düşmənlərin etirazlarını dinləməyə hazır idilər.

Bu metodun tərbiyədə böyük və birbaşa təsiri var. Təkəbbürlü insanlar və eyni səhvi dəfələrlə təkrarlayan insanlar mülayimliklə və gözəl əxlaqla öz səhvlərini dərk etmədikləri üçün buna davam edirlər. Odur ki, ilahi rəhbərlər və qüdrətli şəxslər belə insanların qarşısında açıq və qəti danışırlar və heç bir şeydən qorxmurlar.

Allah belə insanlar haqqında belə buyurur:

"O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir" (Əhzab, 39).

İlahi peyğəmbərlərdən olan Həzrət Musa (ə) bu üsuldan istifadə etmiş və onun sözləri Qurani-Kərimdə öz əksini tapmışdır:

"Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!" (Əraf, 104/105).

  Həzrət Musanın (ə) bu ibarəti, ey Firon, mən aləmlərin Rəbbinin elçisiyəm, haqla batilin münaqişəsinə və əslində Peyğəmbərin Fironla ilk qarşılaşmasına bir nümunədir. Maraqlıdır ki, Firon ilk dəfə "ey Firon xitabı ilə qarşılaşdı. Elə bir müraciət ki, nəzakətə riayət etməklə yanaşı, hər cür yaltaqlıqdan uzaq idi. Çünki başqaları ona ağa, sahib və pərvərdigar deyə müraciət edirdilər. Əslində Həzrət Musanın (ə) bu ifadəsi Firon üçün bir xəbərdarlıq kimi qiymətləndirilmişdir. Əslində bu cümlə Fironun bütün təşkilatlarına qarşı bir növ müharibə elanı idi. Çünki bu ifadə Firon və onun kimi digər iddiaçıların hamısının yalan danışdığını və aləmlərin Rəbbinin yalnız Allah olduğunu sübut edirdi.

Bu məqamları nəzərə alan Həzrət Musa (ə) Firona xüsusi adlarla müraciət etməmişdir ki, bu da onun açıqsözlü olduğunu və qorxmamasını göstərir.

captcha