IQNA

Malayziyada keçirilən beynəlxalq Quran yarışlarının qalibləri təqdim olub

11:12 - August 26, 2023
Xəbər sayı: 3494666
KUALA LUMPUR (IQNA) - 63-cü Malayziya Quran Müsabiqəsi kişi və qadın hifzi və qiraəti üzrə qaliblərin təqdimatı ilə başa çatıb.

"İQNA", "Bərnama"-ya istinadən xəbər verir ki, Kuala Lumpur Dünya Ticarət Mərkəzində (WTCKL) 63-cü Malayziya Beynəlxalq Quran qiraəti və hifzi müsabiqəsi (MTHQA) keçirilib. Bu müsabiqə rəsmi olaraq avqustun 19-da axşam Dünya Ticarət Mərkəzində yerləşən Merdeka Konfrans Zalında Malayziyanın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən açılış mərasimindən sonra başlamış və avqustun 24-də qaliblərin təqdimatı ilə başa çatmışdır.

Kişilər arasında qiraət bölməsində malayziyalı qari Məhəmməd Qəyyim Nizar Sarimi 94,96% bal toplayaraq birinci yeri tutub.

İkinci yeri 93,30% balla iranlı ƏliRza Bijəni, üçüncü yeri isə 90,38% balla Bruneydən olan Məhəmməd Zul-Hafiz Avanq Tangah tutub.

  Mərakeşli qari Sara Balmamun qadınlar arasında 93,05% nəticə ilə birinci yeri, İndoneziyadan Roza Sufyan Nur (92,21%) və filippinli Sabahe Batu Salek (91,50%) üçüncü yerdə qərarlaşıb.

Qurani-Kərimin kişilər üçün əzbərlənməsi sahəsində Qvineyalı Ömər Ture 98,63 faizlə birinci tutub. Yəmənli Məmun Əhməd 97,38 faiz və çadlı Əli Atiyə 97,07 faizlə növbəti pillələrdə qərarlaşıblar.

Qadınlar arasında Qurani-Kərimin hifzi üzrə 96,32% balla birinci yeri əlcəzairli Tibani Şima Ənfal, ikinci yeri seneqallı Nadi Sinabo Nacum (95,25%) və mavritaniyalı Sidi Əl-Muxtar Xədicito (94,19%) tutub.

4164934

captcha