"İQNA", İmam Hüseyn Hərəminə istinadən xəbər verir ki, 31-ci "Dünya Hüseyn (ə) Günü" konfransı Hindistanın Banqalor şəhərində müxtəlif din və məzhəblərin çoxlu ardıcılları ilə və "Müxtəliflik və Həmrəylik" şüarı ilə keçirilib.
İmam Hüseyn (ə) Hərəminin nümayəndəsi Səadəddin Əl-Bənna bu konfransda dedi: "Biz Hindistanın Banqalor şəhərində Hacı Ağa Sultanın nəzarəti altında bir sıra dinlərin iştirakı ilə keçirilən 31-ci "Hüseyn Günü" konfransında iştirak etdik.
O əlavə etdi: "Builki konfrans "müxtəliflik və həmrəylik" şüarı altında keçirildi. Biz dünya hökmdarlarından istəyirik ki, insanlarla dini ayrı-seçkilikdən uzaq davransınlar.
Əl-Bənna bu konfransda İmam Əlinin (ə) Malik Əştərə məktubundan bəhrələnməyin zəruriliyinə, müxtəlifliyə və insan həmrəyliyinə hörmət olan bu məktubun məzmununa işarə edərək dedi: "Əli (ə) bu məktubda buyurur: "İnsanlar iki cürdür; Ya səninlə din qardaşı və ya yaradılışda səninlə eynidirlər".
O qeyd etdi: "Həzrət Əlinin (ə) diqqət yetirdiyi məsələlərdən müsəlmanlar və digər dinlər arasında yoxsulluğun aradan qaldırılması və yoxsullara dəstək olmasıdır ki, bunun üçün xəzinədən maaş və vəsait ayrılırdı".
4167595