İmamların məzlumluğu ilə dolu olan İslam tarixində bir neçə səbəbə görə İmam Həsən Müctəba (ə) dünya tarixində məzlumların ən məzlumudur ki, onlardan bəziləri qeyd olunur:
1- İmam Həsənin (ə) məzlumluğunu neçə dəfə artıran mühüm dəlillərdən biri də onun şəhadət gününün sevimli İslam Peyğəmbərinin (s) rihlət günü ilə üst-üstə düşməsidir. Bu səbəbdən də xətiblər o həzrətdən az danışıb və hətta alimlər də az yazıblar.
4- Tarixin ən məzlum səhnəsi də İmam Həsən Müctəba ya aiddir. O da onun Müaviyə ilə imzaladığı sülh sənədidir. Nəyə görə biz o imzanı tarixin ən məzlum səhnəsi hesab edirik? Çünki əgər o sülh sənədinin imzasının təsiri olmasaydı, İslam o gün tamamilə aradan gedərdi. Hətta onun adı belə tarixdə qalmaya bilərdi. heç vaxt növbə İmam Hüseynə (ə) və onun doqquz məsum övladına çatmazdı. Bu o deməkdir ki, əslində bütün imamlar, başqa sözlə İslam, Quran və onların sağ qalması İmam Həsənin (ə) sülh məktubuna borcludur.
5- Məzlum İmamımızın (ə) ordu və korpus başçıları, onun düşmənlərinin casusları olan etibarlı çaparlar vasitəsilə Müaviyəyə yazılı məktubu göndərdilər və dedilər ki, əgər hücum etsəniz, biz özümüz İmamı sizə təslim edəcəyik. Əgər bunu bacarmasaq, onu öldürəcəyik. Beləliklə, görünür ki, İmam Həsən (ə) öz hökumətində də tək idi.
6- Əsasən Kufədən olan o həzrətin tərəfdarları rəsmi və açıq şəkildə o məzlum İmamın qarşısında dayanıb “əl-Bəqiyyə, əl-Baqiyyə” şüarları səsləndirdilər. Yəni biz yaşamaq istəyirik, döyüşmək istəmirik və sən, İmam Həsən, Müaviyə ilə sülh etməlisən.
Bu, Əli Zadsər Ciroftinin qeydindən bir parçadır.
1688122