"İQNA", "Qahirə 24"-ə istinadən xəbər verir ki, yarışmalar nazirliyin Quran ayələrinin məna və niyyətlərinin düzgün başa düşülməsi və Peyğəmbər (s) sünnəsinin insanların həyatının prinsipi olması üçün səylərinə uyğun olaraq keçiriləcək.
Bu elanda deyilir: "Misirin Vəqflər Nazirliyi bu müsabiqənin qalibləri üçün 100.000 Misir funt-sterlinqini mükafat olaraq ayırıb".
Misirin Vəqflər Nazirliyi bu yarışların Quran elmləri və hədis elmləri üzrə keçiriləcəyini bildirib. Həmçinin bütün məscid imamlarının, xətiblərin, Quran təlimçiləri və universitetin elmi heyətinin bu yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçə biləcəyini vurğulayıb.
Misirin vəqflər nazirliyinin elanına əsasən, bu müsabiqələrin qaliblərinə maliyyə mükafatları ilə yanaşı, bu nazirliyin bir sıra broşürləri və çap edilmiş kitabları da veriləcək.
4170387