IQNA

BMT, Fransa Olimpiadasında idmançıların hicab geyinməsinin qadağan edilməsinə qarşıdır

14:55 - September 28, 2023
Xəbər sayı: 3494801
PARİS (İQNA) - BMT Fransanın 2024-cü il Paris Olimpiadasında öz idmançılarına hicab taxmağı qadağan etmək qərarına qarşı olduğunu açıqlayıb.

"İQNA", "Sky News"-a istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Ali Komissarlığın sözçüsü Marta Hurtado jurnalistlərə deyib: "Heç kim qadına nə geyinməli, nə də geyinməməli olduğunu məcbur etməməlidir".

Hurtadonun açıqlaması Fransanın idman nazirinin ölkədəki sərt qaydalara görə bu ölkənin idmançılarının 2024-cü il Paris Olimpiadasında hicab taxmasının qadağan olunacağını deməsindən sonra gəlib.

Amelie Oudea Castera 2024-cü il Paris Olimpiya Oyunlarında Fransa komandalarında idmançıların hicab taxmayacağının vurğuladı.

Müsəlman qadınların ictimai yerlərdə hicab taxmasını qadağan edən azsaylı ölkələrdən biri olan Fransanın ev sahibliyi edəcəyi 2024-cü il Olimpiadasında ölkə hökumətinin qadağalarını digər ölkələrin idmançılarına da şamil edib-etməyəcəyi hələ məlum deyil.

  4171423

captcha