TEHRAN (IQNA) – Cahiliyyət dövründə qadınlar üçün pis ibarətlər işlənirdi. Baxmayaraq ki, o dövrün qadınlarının tərifində ifadə olunan xüsusiyyətlər çox məhdud idi.

Cahiliyyət dövründə qadınların vəziyyəti ilə bağlı üç ziddiyyətli nəzəriyyə mövcuddur; Bəziləri hesab edir ki, cahiliyyət dövrünün qadınları yüksək məqama sahib olub. O dövrdə onların fəal siyasi və ictimai varlığı buna misaldır. Bu baxışdan fərqli olaraq, bəziləri cahiliyyət dövrünün qadınlarının məqamının aşağı və dəyərsiz olduğuna inanır və qızların diri-diri basdırılması, çoxarvadlılıq, müxtəlif növ evlilik və boşanma və s. kimi məsələlərə işarə edirlər. Bəziləri də orta həddi nəzərdə tuturlar.
Qeyd edək ki, Peyğəmbərin (s) peyğəmbərliyndən 50-200 il əvvəlki dövr cahiliyyət dövrü adlanır. Cahililiyyət dövründə qadın şəxsiyyətinin və azadlığının ölçüləri bunlardır:
Əlbəttə, iffət əxlaqi dəyərlərdən biri olsa da, iffətsizlik nümunələri də olmuşdur; Əlbəttə ki, o cəmiyyət siniflərə bölünürdü. İffət azad və alicənab qadınlarda daha önəm kəsb edirdi. İffətə zidd hərəkətlər isə daha çox yoxsul və kənizlər arasında baş verirdi. O dövrdə bəzi evliliklər, əxlaqsızlıqlar da olub, amma deyildiyi qədər də olmayıb. Şübhəsiz ki, "uşaq evliliyi" kimi bəzi nikahlar olub ki, onların pisliyi az olsa da qəbul olunmur.
* Tədqiqatçı və dini əsərlərin müəllifi Məryəm Məşhədi Əlipurun sözlərindən bir parça
4052801