QƏZƏ (İQNA) - Oktyabrın 7-dən İsrailin blokada altındakı Qəzza zolağına həyata keçirdiyi hücumlarda 18 jurnalistin həyatını itirdiyi bildirilib.

Fələstin Jurnalistlər Birliyindən verilən yazılı açıqlamada, fələstinli fotojurnalist Rüşdi Əl-Sərracın İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilib.
Açıqlamada Sərracın ölümü ilə 7 oktyabrdan bəri İsrailin hücumlarında həyatını itirən jurnalistlərin sayının 18-ə yüksəldiyi bildirilib.
Sərracın həyat yoldaşı Şuruk Əl-Aylə "AA"-nın müxbirinə verdiyi açıqlamada İsrailin Qəzzanın Tel Əl-Heva məhəlləsində həyata keçirdiyi bombalı hücumda ərinin həyatını itirdiyini bildirib.