IQNA

Sionist rejimin Əl-Muəmmədani xəstəxanasında törətdiyi cinayətin universitet ustadları tərəfindən pislənməsi

9:18 - October 24, 2023
Xəbər sayı: 3494909
TEHRAN (IQNA) - 9200 universitet ustadı sionist rejimin Əl-Müəmmədani xəstəxanasındakı cinayətinin pislənməsindən sonra bəyanat yayıb.

"İQNA"-nın verdiyi məlumata görə, Ali Məqamlı Rəhbərin universitetlərdəki nümayəndəlik orqanının rabitə və informasiya mərkəzinin məlumatına əsasən, üç fars, ərəb və ingilis dillərində yayımlanan bu bəyanatın mətni belədir:

"Şəhidlərin və Siddiqlərin (doğru danışanların) Rəbbinin adı ilə

Qürurverici “Əqsa tufanı” əməliyyatı müqavimət qruplarının və Fələstin xalqının öz təbii hüquqlarını müdafiə etmək üçün atdığı müstəqil addım və sionist rejimin hesablamalarına böyük və tarixi bir hücum idi. Bu hadisə, bir daha Allah kəlamı olan “evlərin ən zəifi hörümçək yuvasıdır” deyimini qəti bir inanca çevirdi. Bu işğalçı rejimin qüdrət və gücünün saxta olduğunu sübut etməklə yanaşı, onları düzəlməz bir məlubiyyətə uğratdı. Əlbəttə ki, bu hərəkət məzlum bir xalqın öz hüquqlarını müdafiə etmək üçün haqlı cavabı idi. Torpağı qəsb edənlərə və bir millətə təcavüz edənlərə qarşı durmaq isə hər din, fikir və əqidə sahibi olan bütün şərəfli və azad insanların qəbul etdiyi ən təməl haqqdır.

Digər tərəfdən, qəsbkar sionist rejimi var olduğu bir neçə onillik ərzində qəddar və dəhşətli davranışı, aparteid siyasəti ilə məzlum Fələstin xalqını həmişə açıq şəkildə qətlə, cinayətə və zülmə məruz qoyub. Bu rejimin əvvəldən indiyədək fələstinlilərin əsas hüquqlarının kobud şəkildə pozması, qətlə yetirməsi və müqəddəs yerləri təhqir etməsi ilə dolu iyrənc keçmişi hər bir azad insanın ürəyini ağrıdır. Bu gün Qəzzada baş verənlər, yaşayış evlərinə, infrastruktur obyektlərinə, məscidlərə, məktəblərə, universitetlərə, xəstəxanalara və yardım qüvvələrinə qarşı vəhşicəsinə hücumlar, yanacaq, su və elektrik enerjisinin kəsilməsi kütləvi qətllərin və insanlığa qarşı cinayətlərin bariz nümunəsidir.

Bu məsum uşaqlar, bu məzlum qadınlar və bu çarəsiz qocalar məgər nə istəyirlər ki, bu cür namərdlik, amansızlıq və vəhşiliklə qanlarına qəltan eidlirlər? Onların günahı nədir ki, özlərini dünyaya hakim olmaq və Nildən Fərata qədər hakim olmaq arzusunda olan insanların acgöz və bitib-tükənmək bilməyən hərisliyinin qurbanı olurlar? Bu çarəsiz insanların yaşamaq hüququ, ağrılarını və dərin yaralarını müalicə etmək hüququ, öz ata-baba yurdlarının damı altında dincəlmək və yaşamaq hüququnu başa düşmək insan haqları iddiaçıları üçün o qədər ağırdır ki, qaniçən israilli təcavüzkarlarını hücumlara məruz qalan günahsızlardan ayırd edə bilmirlər ki, bu böyük hadisədə ya susur, ya da hekayənin hər iki tərəfini sakitliyə və təmkinli olmağa çağırırlar? Yaxud sionist təcavüzkarlarının məzlumiyyəti üçün timsah göz yaşları töküb onlara dəstək olurlar? Hətta tam həyasızlıqla, insan haqları adı altında Fələstin xalqının bu ölkədən çıxarılması və bu torpağın əhali nisbətinin dəyişdirilməsi layihəsini təklif edirlər? İşğal olunmuş Fələstində baş verən son hadisələr göstərir ki, bu qəsbkar rejimi sakitləşdirmə və dəstəkləmə siyasəti nəinki regional və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyəcək, əksinə, bu rejimi BMT-nin onlarla qətnaməsinə məhəl qoymamağa, özlərini məzlum göstərməklə yanaşı irqçiliyi, işğalı, beynəlxalq cinayətləri və insan haqlarını kobud şəkildə pozmağı davam etdirməyə sövq edəcək. Təəssüf ki, işğal olunmuş ərazilərdə beynəlxalq və humanitar standartların və qanunların bu geniş şəkildə pozulmasına qarşı Qərb və Ərəb ölkələri və beynəlxalq qurumların, o cümlədən BMT-nin passivliyi və hərəkətsizliyi sionist rejimini Fələstin xalqına öz cinayətlərini davam etdirməkdə daha həyasız edib.

Beynəlxalq və insan haqlarına cavabdeh olan təşkilatlar, məclislər və qurumlardan öz qanuni və humanitar vəzifələrini yerinə yetirmək üçün sükut və hərəkətsizlik pərdəsini tərk edərək, Fələstin xalqının hüquqlarını müdafiə etmək və işğalçıları cəzalandırmaq, insan cəmiyyətinin ayıbı sayılan bu inkaredilməz cinayətlərdə iştirakdan çəkinmələri və özlərini təmizə çıartmaları gözlənilir. Həmçinin qəti və təsirli reaksiya ilə sionist rejimin cinayətlərini pisləməklə yanaşı, bu rejimin bu əməllərini davam etdirməsinə mane olmaları istənilir. Biz ölkənin universitetlərinin ustadları, fələstinli şəhidlərin pak ruhlarına ehtiramlarını bildirməklə yanaşı, özümüzü onların dərdinə şərik bilir və onların İsrail rejiminin vəhşilikləri və iyrənc cinayətləri qarşısında özlərini müdafiə etmək üçün təbii və qanuni hüquqlarını vurğulayırıq. Biz həmçinin bu rejimin qeyri-insani hərəkətlərini dayandırmaq üçün beynəlxalq qətiyyət və təcili addım atılmasının vacibliyini vurğulayırıq. Habelə inanırıq ki, Fələstində davamlı sülh yalnız işğala son qoyulması, qaçqınların geri qaytarılması, referendum əsasında və bütün fələstinlilərin iştirakı ilə Fələstinin gələcək sisteminin müəyyən edilməsi və nəhayət, paytaxtı Qüds olması ilə vahid Fələstin dövlətinin yaradılmasından başqa yolla əldə olunmayacaq.

Biz də dünya mütəfəkkirlərini, ekspertlərini və akademiklərini, xüsusilə İslam dünyasının ustadlarını bu dəhşətli cinayətləri pisləməkdə ortaq mövqe tutmaqla yanaşı, bu məzlum insanların müxtəlif sahələrdə səsi olmağı və onların müdafiəsində öz ziyalı məsuliyyətlərini unutmamağa və onların gözləri qarşısında ən qəddar insani fəlakətlərin baş verməsinə imkan verməməyə dəvət edirik. Digər mühüm vəzifə isə terrorçu və qəddar sionist hökumətin cəzalandırılmasının ardınca getməkdir. Bütün oyaq vicdanlar etiraf edir ki, bu bir neçə gündə fələstinli uşaq və qadınların kütləvi şəkildə qətlə yetirilməsi cinayəti cəzasız qalmamalı və rejimin bütün təsirli şəxsləri və cinayətkar Netanyahu beynəlxalq və müstəqil məhkəmələr tərəfindən təqib edilməli və cəzalandırılmalıdır. Bu gün universitetlər imtahan qarşısındadır. Akademik, ziyalı və mədəni-ictimai fəalların bu xərçəng şişinə etiraz etməsivə ya müqavimət göstərməməsi tarixə yazılacaq. Dünya bilməlidir ki, Qəzzə xalqı tək deyil və Fələstin həmişə İslam dünyasının bir parçası olub, indi də bir parçasıdır və sabah da bir parçası olacaq.

Yaxşı son təqva və yəqin əhlinə məxsusdur."

Bütün ölkələrin universitet və ali təhsil mərkəzlərinin ustadları istəsələr ad və soyadlarını və universitetlərinin adını bu kampaniyaya dəstək verənlər kimi aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.

info@iqna.ir

Sionist rejimin Əl-Muəmmədani xəstəxanasında törətdiyi cinayətin universitet ustadları tərəfindən pislənməsi

captcha