Qəzzədə Səhiyyə Nazirliyinin Telegram hesabında qısa açıqlama verən nazirlik sözçüsü Əşrəf Əl-Qudra, "Qəzzadakı xəstəxanalarda bütün generatorların dayanmasına 48 saatdan az vaxtımız qalıb" dedi.
Şəhərin səhiyyə sisteminin tarixinin ən pis mərhələsində olduğunu bildirən Qudra, Qəzzaya yardımların çatdırılma mexanizminin çox yavaş işlədiyini və bunun vəziyyəti dəyişməyəcəyini bildirib.
Digər tərəfdən bölgədəki səhiyyə mənbələrindən alınan məlumata görə, İndoneziya xəstəxanasında yanacaq bitdiyi üçün elektriklər kəsilib. Elektrik enerjisinin olmaması səbəbindən xəstələrin ölüm təhlükəsi ilə üzləşdiyi bildirilib.
Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye Əl-Cəzirə kanalına verdiyi açıqlamada Qəzzaya yanacaq axını olmadığı təqdirdə böyük fəlakətin baş verəcəyini bildirib.