"AA" xəbərlərinin verdiyi məlumata görə, Sionist Rejim döyüş təyyarələri gecə saatlarında Qəzza zolağında Xittin məscidini bombalayıb.
Hücumla bağlı məlumat Əl-Əqsa kanalının Telegram səhifəsindəki xəbərlərdə verilib.
Xəbərdə, "İşğal qüvvələrinə aid döyüş təyyarələri Cela küçəsində yerləşən Xittin məscidini bombalayıb" ifadələrindən istifadə edilmişdir.
Hücum zamanı ölən və ya yaralanan olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.
İsrail qüvvələrinin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda dağılan məscidlərin sayı 33-ə yüksəlib.