IQNA

Fələstinə dəstək verildikdən sonra Oksford məscidinə hücum edilib

12:57 - October 31, 2023
Xəbər sayı: 3494941
LONDON (IQNA) – İngiltərənin Oksford şəhərindəki məscid Fələstin xalqına dəstək verdikdən sonra islamofob hücumun hədəfi olub.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Qəzzə xalqına dəstək verildikdən sonra naməlum şəxs Oksfordda məscidə hücum edib.

Hücum edən şəxs məscidə benzin qutusu atıb və məscidin divarına İsrail ordusunun qüvvələrinə aid “IDF RULE” sözlərini yazıb.

Polis bu hadisəni nifrət cinayəti kimi qiymətləndirib və onların təhlükəsizliyini təmin etmək üçün məscid və yerli ictimaiyyətlə əməkdaşlıq etdiklərini açıqlayıb.

Məscidlər Şurası bəyanat yayaraq, bu hadisəni islamofob və bir terrorçu tərəfindən edilən terror aktı adlandırıb və pisləyib.

Bəyanatda deyilir ki, məscid İsrailin ayrı-seçkiliksiz və qeyri-qanuni qırğınları ilə üzləşən Fələstin xalqına sarsılmaz dəstəyini göstərmək üçün binasının ətrafında Fələstin bayraqları asıb.

Bəyanatda həmçinin qeyd olunub ki, bu məscid bu hücumdan qorxmayacaq və demokratik hüquqlarından istifadə etməyə və fələstinlilərlə həmrəy olmağa davam edəcək.

4178792

captcha