IQNA

Əl-Əzhər Qəzzə xalqının şücaətini tərifləyir

14:13 - November 01, 2023
Xəbər sayı: 3494943
QAHİRƏ (İQNA) – Əl-Əzhər öz bəyanatında Qəzzənin müdafiəsiz xalqının şücaətini tərifləyib.

Əl-Əzhər Şeyxi Əhməd Tayyib Qəzzədə baş verənlərlə bağlı açıqlama verərək, döyüş gəmiləri, təyyarədaşıyanlar və raket atıcılarına qarşı imanla şücaət göstərən qəhrəman Qəzzə xalqını salamlayıb.

O, Ali-İmran surəsinin 139-cu ayəsinə işarə edərək, qəhrəman fələstinliləri Qurandan ilham almağa çağırıb.

"(Ühüd müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!".

O, həmçinin BMT-nin baş katibi Antonio Quterreşin İsrailin Qəzzəyə təcavüzünə son qoymağa çağırışını yüksək qiymətləndirib.

Əl-Əzhər Qəzzədə bu vəhşi qətliamı qınamaq üçün səssizcə oturmayan dünyanın bütün azad insanlarının Fələstinə dəstək nümayişlərini təqdirəlayiq adlandırıb.

O, həmçinin ərəb və müsəlman hökumətlərini fələstinli qardaşlarına ən qısa zamanda yardım əlini uzatmağa çağırıb.

4178812

captcha