IQNA

Günahları tanımaq / 5

Günahı tanımağın yolu

9:07 - November 06, 2023
Xəbər sayı: 3494961
TEHRAN (İQNA) – Qurani-Kərimdə 18 qrup müxtəlif günahlara görə lənətlənir. Bu insanların davranışlarına nəzər saldıqda günahların növləri haqqında məlumat əldə edirik.

Lənət “qəzəblə qarışıq halda rəhmətdən qovmaq, uzaqlaşdırmaq” mənasını verən lən kökündən törəmişdir. Baxmayaraq ki, Allahın rəhməti genişdir.

“Əraf” surəsinin 152-ci ayəsi: "... Allah buyurdu: “Mən əzabımı istədiyim kəsə verərəm. Mənim rəhmətim hər şeyi əhatə edir".

Amma bəzi insanlar yanlış seçim edərək yoldan çıxırlar. Onlar Allahın rəhmət dəryasındakı yuvarlaq bir kürə kimidirlər ki, içinə su girə bilməz. Rəhmət suyundan bir damla belə faydalana bilməzlər.

Qurani-Kərimdə kafir və müşriklər, inadkar yəhudilər, mürtədlər, hiyləgər qanun pozanlar, vədlərinə əməl etməyənlər, haqqı gizlədənlər, yer üzündə fitnə-fəsad törədənlər, Allah Rəsuluna (s) zülm edənlər, zalımlar, qatillər, şeytanlar, iffətli qadınlara böhtan atanlar və yalançılar lənətlənmişdir.

Rəvayətlərdə lənətlənənlər:

İlahi kitabları təhrif edənlər,

İlahi təqdirləri qəbul etməyənlər,

Peyğəmbərimizə (s) və onun ailəsinə qarşı təhqir və hörmətsizlik edənlər,

O kəslər ki, Allah yolunda vuruşanların pay alırlar.

O kəslər ki, insanları yaxşılığa dəvət edib, lakin bunu özləri etmir, yaxud başqalarını günah və əzabdan çəkindirib, özləri edir.

  • Möhsin Qəraətinin yazdığı "Günahları tanımaq" kitabından götürülmüşdür.
captcha