IQNA

9:26 - November 11, 2023
Xəbər sayı: 3494978
İslamda zəkat / 5

Zəkatın mənası

TEHRAN (İQNA) – Zəkat lüğətdə inkişaf və paklıq deməkdir. Bəli, imkansızlara şəfqət göstərmək, onlara kömək etmək insanın mənəvi yüksəlişinə, nəfsin xəsislikdən, hərislikdən və çoxluq ilə öyünməsindən təmizlənməsinə səbəb olur.

Zəkatın mənası

  Fiqih baxımından zəkat, məhrum və yoxsullara müəyyən məbləğdə mal ödəmək deməkdir.

  Qurani-kərimdəki zəkat həm lüğət mənasına gəlib, necəki Allah buyurur: "Biz Həzrət Yəhyaya öz tərəfimizdən rəhmət və paklıq bəxş etdik, o, təqvalı bir insan idi" (Məryəm, 13). Həm də termindəki mənada gəlib. Əlbəttə ki, ümumi məna daşıyır və həm vacib, həm də müstəhəb ianələrə deyilir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Zəkat" kitabından götürülmüşdür.
captcha