IQNA

Türkiyə Xarici İşlər Nazirliyindən İsrailə reaksiya

Türkiyə Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək

3:05 - November 16, 2023
Xəbər sayı: 3495000
ANKARA (İQNA)- Türkiyə Xarici İşlər Nazirliyi sionist İsrailin baş naziri Netanyahu və xarici işlər naziri Koenin Türkiyə prezidenti Ərdoğan haqqında "əsassız böhtanları" ilə bağlı yazılı açıqlama verib.

 

“Anadolu” agentliyinin xəbərinə görə, bəyanatda Fələstin xalqına qarşı törətdikləri “qəddarlıq və qırğınlarla tarixin qaranlıq səhifələrinə daxil olan” İsrail rəsmilərinin qanundan danışmağa haqqı olmadığı vurğulanıb.

“Həqiqətin ifadəsindən narahat olan Binyamin Netanyahu və Eli Koenin prezidentimiz haqqında əsassız böhtanları öz cinayətlərini ört-basdır edə bilməyəcək”. Bəyanatda bildirilib ki, “Onsuz da insanlığın vicdanında legitimliyini itirmiş İsrail hakimiyyəti xəstəxanaları bombalayaraq, qadın və uşaqları öldürməklə törətdikləri cinayətləri bütün dünyanın gözü qarşısında ört-basdır edə bilmir və diqqəti yayındıra bilmir. "

Bəyanatda həmçinin qeyd olunub: "Dünya ictimai rəyində dərin hiddətə səbəb olan bəşəriyyətə qarşı cinayətlərin təhrikçiləri və icraçıları gec-tez mühakimə olunacaqlar. Türkiyə Qəzzada törədilən qırğına qarşı çıxmağa və Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək".

captcha