IQNA

İnkişaf yolu / 5

Tərbiyə yolu

9:58 - November 23, 2023
Xəbər sayı: 3495024
TEHRAN (İQNA) – Əxlaqı islah etməyin yolu Qurani-Kərimdə bəyan edilmişdir. İnsanı mənəvi-əxlaqi cəhətdən elə tərbiyə etmək lazımdır ki, əxlaqi pisliklərə yer qalmasın, kökləri yox olsun.

Əgər insan münafiqlik edib, Allahdan başqası üçün bir iş görsə, bunun iki səbəbi var. Ya bu yolla izzət və şərəf qazanmaq istəyir, ya da başqalarının güc və qüdrətindən qorxur.

“Yunis” surəsi, 65-ci ayə: “Onların sözləri səni incitməsin. Şübhəsiz ki, bütün güc Allaha məxsusdur; O, hər şeyi eşidən və biləndir”.

“Bəqərə” surəsinin 165-ci ayəsi: “... kaş bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının çox şiddətli olduğunu başa düşəydilər!”

Bu ayələrdə izzət və qüdrətin yalnız Allaha məxsus olduğuna inanmağın lazım olması göstərilir. Beləliklə, bilinməlidir ki, burada ikiüzlülük və lovğalığa yer yoxdur. Bu iki həqiqət insanın qəlbinə yerləşdikdə onun heç kimdən nə ümidi, nə də qorxusu olur. Allah isə o insanın qəlbindən bütün pisliyi uzaqlaşdırır. Allah insanlara ləyaqət və özünü idarə etmək kimi gözəl xüsusiyyətlər bəxş edir.

Allah Quranda dəfələrlə göylərdə və yerdə olan hər şeyin yeganə sahibi olduğunu bildirir. Bu fikri həqiqətən dərk edən insan heç bir varlığın Allahdan müstəqil olmadığını, bütün varlıqların məhdud, ehtiyaclı və Allahdan asılı olduğunu başa düşər. Belə bir insan heç vaxt haqqdan və Allahdan başqa bir şey axtarmaz.

Quran ayələrinin bir çoxu tərbiyə və əxlaq sahəsində bu üsula əməl edir. Misal üçün :

"Taha" surəsinin 8-ci ayəsi: “Allahdan başqa heç bir tanrı yoxdur; Ən gözəl adlar Ona məxsusdur”.

“Səcdə” surəsinin 7-ci ayəsi: “O, yaratdığı hər şeyi gözəl yaratdı və insanı ilk növbədə palçıqdan yaratdı”.

 “Taha” surəsinin 111-ci ayəsi: "(O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar)".

 “Bəqərə” surəsinin 116-cı ayəsi: "(Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pakdır, müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!"

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İnkişaf yolu" kitabından götürülmüşdür.
captcha