UEFA-dan verilən açıqlamaya görə, oktyabrın 25-də keçirilən və iki komanda arasında 2:2 hesablı bərabərliklə başa çatan oyunda ev sahibi “Seltik” azarkeşlərinin Fələstin lehinə səsləndirdiyi şüarlar və açdıqları pankartlar “aqressiv məzmunlu təxribatçı mesajlar” kimi qiymətləndirilib. Buna görə də "Seltik" klubuna 17 min 500 avro cərimə kəsilib.
Şotlandiya təmsilçisi boş qalmalı olan tribunalar arasındakı boş yerləri doldurduğuna və fişənglər yandırdığına görə ümumilikdə 11500 avro daha cərimələnib. Atletiko Madrid isə fişəng yandırdığına görə 3 min avro cərimələnib.
"Seltik" azarkeşləri "Atletiko Madrid"lə oyunda "Get, get, ürəyindəki ümidlə və heç vaxt tək getməyəcəksən!" şüarları səsləndirib və stadionu Fələstin bayraqları ilə bəzəyib.
Uzun illərdir Fələstinə dəstək verən "Seltik" daha əvvəl də oxşar səbəblərdən UEFA tərəfindən cərimələnmişdi.
AA