Zəkat vermənin bəzi ictimai faydaları aşağıdakılardır:
Qardaşlığı gücləndirir
“Hücürat” surəsinin 9-cu ayəsi: “Əgər iki mömin dəstəsi bir-biri ilə mübahisə edərsə, dərhal onların arasını düzəldin, əgər onlardan biri digərinin haqqını tapdalasa, zülm edənlərlə onlar əmrə qayıdana qədər vuruşun. Əgər qayıtsalar, aralarındakı mübahisəni ədalətlə həll et və Allah, hər kəsə haqqını verər.
“Tövbə” surəsi, 11-ci ayə: “Əgər tövbə edib namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır”.
Kin-küdurəti aradan qaldırmaq
Zəkat verməklə məzlumun nifrəti yox olur və dostluğa çevrilir. Bu sevgi və dostluq İslam cəmiyyətində əməkdaşlığın artırılmasında və uğurun qorunub saxlanmasında mühüm rol oynayır.
Kasıbları tənhalıqdan çıxarmaq
Yoxsulluq, insanı aclığa, bədbinliyə, ümidsizliyə sürükləyir. Halbuki, xüms və zəkat verildikdə, insanların iqtisadi problemləri həll olunarsa, cəmiyyətdə səadət artar, insanların ictimai mühitdə varlığı artar.
Cəmiyyətdə həmrəylik yaratmaq
Zəkat vermək qəlbləri yaxınlaşdırar və cəmiyyəti problemlərin həllinə hazırlayar. Kasıblar düşünsələr ki, varlıların qazandıqlarında onların da payı var, bacardıqları qədər cəmiyyətin problemlərini həll etməyə çalışacaqlar.
Yoxsulluğun aradan qaldırılması
Cəmiyyətin mühüm problemlərindən biri də yoxsulluq və aclıqdır. Bununla mübarizənin yolu xüms və zəkat verməyə üz tutmaqdır.
İş imkanlarının yaradılması
İşsizlik cəmiyyətlərdə bir çox problemlərə səbəb ola biləcək digər mühüm problemdir. Əgər insanlar xüms və zəkatı düzgün ödəsələr, iqtisadiyyat inkişaf etməyə başlayacaq və işsizlərin çoxu iş tapacaq.
Bəqərə surəsinin 195-ci ayəsi: “Allah yolunda xərcləyin. Öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin, şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir”.
Əgər insanlar xüms və zəkat verməkdən əl çəksələr, infaq etməkdən əl çəksələr, yoxsulların üzərində təzyiq artar, cəmiyyətdə düzənsizlik və qarışıqlıq yaranar.
Sosial fəsadın azaldılması
Korrupsiyanın əsasını kapitalın artırılması təşkil edir. Xüms və zəkat vermək fitnə-fəsadın qarşısını alır və mal-dövlətin tarazlığına səbəb olur. Fəsad, oğurluq, rüşvətxorluq və s. kimi pis şeylərə səbəb olur. Buna görə də xüms və zəkatın verilməsi ictimai bəlaların qarşısını almaqda mühüm rol oynayır.
Kasıbların ləyaqətini qorumaq
Yoxsulluq çox vaxt insanın ləyaqətinə təhlükə yaradır. Xüms və zəkat vermək yoxsulluğu aradan qaldırar, insanların ləyaqətini qoruyar.
Sərvətin balanslaşdırılması
Xüms və zəkat mal-dövlətin tənzimləmə vasitəsidir. İslam istedadlı, yaradıcı və yenilikçi insanların işləməsinə, varlanmasına yol açır. Həmçinin riba, oğurluq, rüşvət və mənimsəmə kimi qeyri-münasib yollarla əldə edilən gəliri də qadağan edir. Digər tərəfdən, İslam dini halal yolla pul qazananların pulunu israf etməsinə icazə vermir. İslam yoxsulların problemlərini həll etmək üçün müsəlmanlara xüms, zəkat, sədəqə və s. verməyi vacib etdi.