"TRT News"-un verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Keçəli sionist rejim xarici işlər naziri Eli Koenin paylaşımından sonra yazılı açıqlama verib ki, "İsrailin vəhşi hücumları özünümüdafiə kimi qəbul edilə bilməz".
Keçəli vurğulayıb ki, İsrail-Fələstin münaqişəsi tarixində də göründüyü kimi, İsrail fələstinlilərə zülm etməyə və onların əsas azadlıqlarını məhv etməyə davam etdikcə, kollektiv və fərdi hüquqlarını müdafiə edən fələstinlilərin sayı artacaq və İsrail daha çox müqavimətlə üzləşəcək.
Mövcud problemin əsasının İsrailin işğalçı rəftarı, ekspansionist zehniyyəti və qanunları, insan haqlarını və ümumbəşəri prinsipləri tamamilə göz ardı edən zülmkar hərəkətlərində olduğunu bildirən Keçəli deyib ki, “İşğalçı dövlətin mülki əhaliyə qarşı vəhşicəsinə hücumları heç bir şəkildə özünümüdafiə kimi qəbul edilməlidir”.