ABŞ-ın “Gallup” tədqiqat şirkətinin sorğusuna əsasən, amerikalı gənclərin və qadınların əksəriyyəti İsrailin Qəzzaya hücumlarını dəstəkləmir.
Gallup 1013 amerikalının iştirakı ilə keçirdiyi sorğuda İsrailin Qəzzaya hücumuna dəstək olub-olmadığını araşdırıb.
Noyabr ayında keçirilən sorğunun nəticələrinə görə, ABŞ-da qadınların 52 faizi, 18-34 yaş arası gənc və orta yaşlıların 67 faizi İsrailin hücumlarını dəstəkləmir.
Anketə qatılan qadınların yüzdə 44-ü sözügedən hücumları dəstəklədiyi halda, bu nisbət kişilərdə yüzdə 59-a çatır. İsrailin hücumlarını haqlı hesab etməyən kişi iştirakçıların nisbəti 37 faiz olaraq qalıb.
“Ağ dərili” amerikalılardan başqa digər irqlərdən olan iştirakçıların 64 faizi İsrailin Qəzzaya hücumlarını bəyənmədiyi halda, “ağ dərili” amerikalıların 61 faizi hücumları dəstəkləyir.
Anketdə, partiya əsaslı qiymətləndirmədə, Demokratik iştirakçıların 63 faizi İsrailin Qəzzaya hücumlarını doğru görmür, 36 faizi isə hücumları dəstəkləyir.
Ölkədə respublikaçıların 71 faizi hücumları bəyəndiyi halda, yalnız 23 faizi bu hücumlara qarşıdır.
Gallup sorğusunda iştirak edən universitet məzunlarının 50 faizi və orta məktəb məzunlarının 51 faizi İsrailin hücumlarını dəstəkləyir. Sözügedən hücumlara qarşı çıxanların nisbəti müvafiq olaraq yüzdə 46 və 45 faizdir.
Sorğuda iştirakçıların 50 faizi İsrailin hücumlarını dəstəkləyir, 45 faizi isə hücumları bəyənmir.
Digər tərəfdən, iştirakçıların 67 faizi ABŞ-ın İsrailə hərbi yardımı və Fələstinə humanitar yardımından məmnun olduqlarını, 31 faizi isə ölkələrinin İsrailə "həddən çox yardım etdiyini" düşündüyünü bildirib.
ABŞ-da yetkin insanların 72 faizi İsrailin 7 oktyabrdan bəri davam edən Qəzzaya hücumlarını yaxından izləyir.
AA