Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail ordusu 40-dan çox hərbi maşın və buldozerlə Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsinə basqın edib.
İsrail qüvvələrinin çoxlu sayda fələstinlinin evinə basqın edərək atəş açaraq gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində aralarında qadın və uşaqların da olduğu 7 nəfər yaralanıb.
Yaralı qadının vəziyyətinin ağır olduğu, uşağın ayağından həqiqi güllə ilə vurulduğu bildirilib.
İsrail qüvvələri basqın zamanı ən azı 13 fələstinlini saxlayıb.
TRT Xəbərləri