IQNA

Misirdə 5 min məsciddə uşaqlar üçün Quran proqramları həyata keçirilir

13:42 - December 08, 2023
Xəbər sayı: 3495096
QAHİRƏ (İQNA) – Misirin Vəqflər Nazirliyi məscidlərdə “Uşağınızı Quranla qoruyun” proqramının başladığını açıqlayıb.

Bu proqram semestr tətilində ibtidai və orta məktəb şagirdlərinə Qurani-Kərimi öyrətmək məqsədi daşıyır.

"İQNA", "Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Misir Vəqflər Naziri Məhəmməd Muxtar Cümə ölkə üzrə 5 min məscidin bu proqrama ev sahibliyi edəcəyini bildirərək Quran tilavəti və Quran xətm proqramının bu nazirliyin həyata keçirdiyi son proqramlar olduğunu söylədi.

 “Qiraətinizi islah edin” proqramı işa namazından sonra mütəxəssis qarilər tərəfindən Quran tilavətidir. Hər altı aydan bir hər məsciddə Quran oxunur. Bu proqram indiyədək yüz məsciddə həyata keçirilib.

Misir Vəqflər Nazirliyi son illərdə Quran fəaliyyətini genişləndirib və Misir hökuməti son illərdə bu fəaliyyətlərin artmasına böyük dəstək verib.

4186241

captcha