İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İUMS dekabrın 8-i cümə gününün Məscidül-Əqsanın qorunması və Qəzza zolağına dəstək günü kimi adlandırılmasını istəyib.
Bundan əlavə, müsəlman xalqları və dünyanın azad insanları Fələstin xalqı ilə həmrəy olmağa, işğalçı rejimə qarşı mübarizə aparmağa, eləcə də Fələstin xalqı ilə birlik və həmrəylik içində olmağa çağırılıb.
Oktyabrın 7-dən bu yana İsrail rejiminin Qəzza zolağına etdiyi hücumlarda 16 mindən çox dinc sakin həyatını itirib.
4186340