IQNA

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 17 min 487 nəfərə yüksəlib

10:32 - December 09, 2023
Xəbər sayı: 3495100
TEHRAN (İQNA) – İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağında itkilər son 24 saatda 310 nəfər artaraq 17 min 487 nəfərə çatıb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra mətbuat konfransında İsrailin 63 gündür davam edən hücumları ilə bağlı məlumat verib.

İsrailin məktəb və qəsəbələrdə qırğınlar və soyqırımlar törətdiyini vurğulayan Qudra, son 24 saatda hücumlarda daha 310 fələstinlinin öldürüldüyünü, ümumi can itkisinin isə 17 min 487-yə yüksəldiyini qeyd edib.

Yaralıların sayı 46 min 480-ə yüksəldi

Qudra, son hücumlardan sonra xəstəxanalara 558 yaralının gətirildiyini və yaralıların ümumi sayının 46 min 480-ə yüksəldiyini bildirib.

İndiyə qədər 407-si yaralı, 211-i xəstə olmaqla 618 nəfərin Rəfah Sərhəd Qapısından istifadə edərək Qəzzanı tərk etdiyini bildirən Qudra, Qəzzada müalicə olmadığı üçün hər gün onlarla yaralını itirdiklərini bildirib.

TRT Xəbərləri

captcha