IQNA

ABŞ parlamentindəki müsəlman nümayəndəsi Qəzzada atəşkəsə çağırıb

15:45 - December 09, 2023
Xəbər sayı: 3495102
İQNA - ABŞ Konqresində Fələstin əsilli Demokratik Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaib ABŞ prezidenti Co Bayden və digər parlament üzvlərindən Qəzza üçün atəşkəs istəyib.

"İQNA", "Əl-Aləm" saytına istinadən xəbər verir ki, hazırda ABŞ Nümayəndələr Palatasında Miçiqan ştatının nümayəndəsi olan Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk Fələstin əsilli müsəlman qadın olub.

O, sionist rejimin Qəzzəyə hücumları başlayandan bəri atəşkəsə çağırıb. O, Co Baydenin fələstinlilərə münasibətini sərt şəkildə tənqid edib.

Əl-Əqsa Tufanı əməliyyatının davamında Rəşidə Tlaib işğalçı rejimin Qəzzəyə havadan və qurudan hücumlarını pisləyərək Fələstinə dəstəyini ifadə edib. Bu, amerikalı qanunvericilərin narazılığına səbəb olub.

Nümayəndələr Palatasının əksər respublikaçı üzvləri, Miçiqan ştatını təmsil edən Tlaibin barəsində oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə bağlı "yanlış söyləmləri təşviq etdiyi" səbəbi ilə qınayan bir qətnamə qəbul etdilər.

Respublikaçı Nümayəndələr Palatasının üzvü Riçard Makkormik Rəşidə Tlaibi tənqid etmək üçün səsverməyə başçılıq edib. Səsvermədə Nümayəndələr Palatasının 234 üzvü Tlaibin qınanması barədə, 188 üzvü isə bunun əleyhinə səs verib.

4186599

captcha